10 Fevral 2022 10:59
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə fevralın 2-də rayon ərazisindəki mebel mağazalarının birində satıcı, Bakı şəhər sakini Ş.Mahmudovanın içərisində 1500 manat olan pulqabısınını oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər