15 Fevral 2022 15:53
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası Ceyhun Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov