20 Fevral 2022 09:44
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Əmbərçay kəndində ümumi sahəsi 168 m² (hər mərtəbəsi 84 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com