22 Fevral 2022 17:22
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun qəsdən öldürülməsinə cəhd barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural Məmmədovun aralarında yaranmış mübahisə zamanı yivsiz ov silahı ilə İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər