24 Fevral 2022 15:29
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda narkotikin təsiri altında 5 yaşlı uşağa işgəncə verən anası Səadət Xasməmmədova və onunla qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayan Kamran Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fuad Axundovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 7-nə təyin olunub.

İttihama görə, Səadət Xasməmmədova və Kamran Tağıyev Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

1996-cı ildə Xaçmaz rayonunda anadan olan Səadət Xasməmmədova daha əvvəl Binə qəsəbəsində Mehriban Qonşular küçəsi fərdi evdə yaşayıb.

Həmin zaman narkotik vasitə aludəçisi olmaqla yüngül həyat tərzi keçirib.

Ötən ilin mart ayından iyun ayına kimi Kamran Tağıyevlə birgə Xətai rayonu Naximov küçəsində kirayədə yaşayıb.

İyulun 13-də Hövsan qəsəbəsi Qum adası adlanan ərazidə yerləşən yaşadıqları evdə narkotik vasitələrin təsiri altında səbəbsiz yerə Səadət Xasməmmədovanın doğma oğlu 2016-cı il təvəllüdlü Abdulov Cahid Elman oğlunun köməksiz vəziyyətindən edərək mütəmadi olaraq döyüb, hər iki qulağını sındırıb, hər iki yanağını və dilini dişlərilə dişləyib xəsarət yetirib, çəkdikləri siqareti yanılı vəziyyətdə onun qollarına, bədəninin müxtəlif nahiyyələrinə basaraq güclü fiziki ağrı və psixi iztirablarla əzab veriblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər