27 Fevral 2022 22:09
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada yolsuzluq şəraitində yük avtomobili qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, rayonun Pəlikeş kəndi ərazisində yolsuzluq şəraitində 1989-cu il təvəllüdlü Ələmdar Seyfəddin oğlu Əzizovun idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq yaşayış evinin həyətinə aşıb. Maşının yoldan çıxdığını görən sərnişin, sürücünün qaynı, rayonun Dürriyə kənd sakini, 1988-ci il təvəllüdlü Tarif Rakif oğlu Sovqatov özünü yük avtomobilindən çölə atıb. Nəticədə ağır bədən xəsarətləri alan sərnişin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qəza nəticəsində xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər