28 Fevral 2022 11:42
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində saxta dollar yayan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə fevralın 18-də Corat qəsəbəsi ərazisində yerləşən poçt şöbəsində bir nəfərin 20 ədəd 50 ABŞ dollarlıq əskinas verərək manat alması, həmin dollar əskinaslarının isə saxta olması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.İsayev müəyyən edilərək saxlanılıb.

Onun saxta əskinasları verərkən Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər