9 Mart 2022 10:40
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə qadını qətlə yetirməkdə təqsirləndirilən Kemale Maksumbekovanın barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qəbələ rayon Məhkəməsi K.Maksumbekovanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, hadisə martın 5-də Qəbələ rayonu ərazisində qeydə alınıb.

K.Maksumbekova 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla onun baş və boyun nahiyyəsini bağlayıblar. Nəticədə A.Əliyeva boğularaq ölüb.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

K.Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər