Kürdəmirdə intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xəlsə kəndində qeydə alınıb. Kənd sakini 2003-cü il təvəllüdlü H.Hacıyev özünü qonşusunun həyətindəki ağacdan asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Yaxınları H.Hacıyevin ruhi xəstə olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.