Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, idarəyə paytaxt sakini əvvəllər məhkum edilmiş Tərlan Səfərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs əməliyyat nəticəsində tutularaq polis idarəsinə gətirilib.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb.
Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam edirilir.