6 Aprel 2022 10:20
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Barlı kənd sakini Fərman Mirişov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə F.Mirişovun evindən narkotik maddə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov