Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının iclaslarında iştirak etmək üçün noyabrın 26-dan 29-dək Rusiya Federasiyasında səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə deputatlardan Arif Rəhimzadə, Elton Məmmədov, Hacı Salayev, Rüfət Quliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı və Elmira Axundova daxildir.
Milli Məclisdən Teleqraf.com-a verilən xəbərə görə, Sankt-Peterburq şəhərində qurumun Şura toplantısı, plenar sessiyası, Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, Hüquqi məsələlər, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyalarının iclasları keçiriləcək.
İclaslarda quruma üzv ölkələr arasında parlamentarizm və demokratiya ənənələrinin möhkəmləndirilməsi, yollarda təhlükəsizliyə diqqətin artırılması, əhalinin reproduktiv sağlamlıq hüquqlarının qorunması, yerli özünüidarəetmə orqanları arasında əlaqələrin gücləndirilməsi sahəsində model qanunlar müzakirə ediləcək.
Nemət