27 Aprel 2022 16:49
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə gənc oğlan kanalda batıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Müəllif: Teleqraf.com