11 May 2022 14:27
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün keçirilən növbəti əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 4 , onlar üçün narkokuryerlik edən daha 8 nəfər saxlanılıb, onlardan külli miqdarda narkotik vasitə aşkar edilib.

Teleqraf.com xəbər verir ki, paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Xətai rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsi və narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 12 nəfər tutulub.

Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, qalan 8 nəfəri isə onlar üçün narkokuryerlik edən şəxslər olublar.

Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər.

Aşkar edilən bütün faktlarla əlaqədar Xətai rayon Polis İdarənin istintaq şöbəsində cinayət işi başlanılıb.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov