Hüquqşünas Hüseynbəyli Ülkər Hüseyn qızı icra məmuru tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə hüquqşünasın yaxınları məlumat yayıb.
Məlumata görə, Vəkillər Kollegiyasının üzvü olduğu iddia edilən Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.
Məsələ ilə bağlı müvafiq polis bölməsində araşdırma aparılır.