24 İyun 2022 10:53
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, yoxlama zamanı avtomobilin kabinasında, əşyaları qoymaq üçün nəzərdə tutulan yerlərdə gizlədilən və gömrük nəzarətinə bəyan edilməyən 25 ədəd müxtəlif adda, qablaşdırmada olan spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com