14 İyul 2022 09:14
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 13-də, saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.


Müəllif: Hacı Zeynalov