3 Dekabr 2014 04:53
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 2-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən "BakuTel - 2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkədə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, bu sahədə İranın müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs edib. O, vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin qarşılıqlı səfərləri və imzalanmış sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub.

Mahmud Vaezi, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər