Bakının Sabunçu rayonunda şirkətin xeyli miqdarda pulu mənimsənilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2018-ci ildən cari ilin avqust ayınadək olan müddətdə rayon ərazisində yerləşən şirkətlərin birindən 7500 manat dəyərində boya mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Z.Abdullayev və A.Fəttahov saxlanılıb.