30 Avqust 2022 09:47
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyətində çətənə bitkisi yetişdirən Yevlax rayon sakini saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla onun rayon sakini Mürşüd Alşanov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 3 metrədək olan 29 ədəd çətənə bitkisi aşkar olunub.

Faktla bağlı Yevlax rayon polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov