1 Sentyabr 2022 11:16
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, by barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı sahəsində təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq 5 sot quru otlaq sahə və kol-kos yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Quba RPŞ-nin və YMX-nin əməkdaşları cəlb olunub.

Polis əməkdaşları tərəfindən S.Mikayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada pratokol tərtib edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər