2 Oktyabr 2022 21:43
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Marneuli rayonunun Qırıxlı kənd orta məktəbindı müəllimin şagirdləri diz üstə saxlayaraq cəzalandırması narazılığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, hadisə gürcü dili dərsində baş verib. Müəllim dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb.

Gürcüstanın Təhsil Nazirliyi faktı araşdırıb və Rəhman Musayev adlı müəllimin işdən azad edilməsi barədə göstəriş verilib.

R.Musayev məktəbin direktoru Mehman Musayevin qardaşı oğludur.


Müəllif: Teleqraf.com