3 Oktyabr 2022 11:59
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə oktyabrın 2-də saat 5 radələrində Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinin ona zor tətbiq edərək içərisində 50 manat, 100 rubl və sənədləri olan cüzdanını talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Balakişiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov