15 Oktyabr 2022 12:45
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb. 110 işçidən 58-i xilas edilib, hazırda axtarış-xilasetmə işləri davam edir.

***

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.

***

Türkiyənin Bartin vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə yola düşüblər.

***

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 14 nəfər həlak olub, 21 nəfər xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri Suleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

***

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, əraziyə təcili yardım maşınları göndərilib. Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.

Partlayışın səbəbi hələ ki, məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər