“Russia Today” media qrupunun redaktoru Svetlana Babayeva Krımda hərbi təlimlərin keçirildiyi poliqonlardan birində baş vermiş qəza nəticəsində ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Media Holdinqin mətbuat xidməti məlumat yayıb.
“Sveta, sənin enerjin və həvəsin üçün hamımız çox darıxacağıq…”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, S.Babayeva 2019-cu ildən RT-nin Krımdakı bölməsinə rəhbərlik edirdi.