11 Dekabr 2014 18:18
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maya Qoykoviç: “Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməzdir”

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviçlə görüşüb. Milli Məclisdən verilən xəbərə görə, Oqtay Əsədov bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, iki ölkə arasında indiyədək 25 sənəd imzalanıb və iqtisadi münasibətlərimizin inkişafı üçün geniş potensial mövcuddur. Ölkələrimiz arasında imzalanmış bu sənədlər münasibətlərimizin hüquqi bazasını təmin edir, siyasi və iqtisadi inkişafa dəstək verir.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan dinamik inkişaf edən ölkədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir: “Hazırda Cənubi Qafqazın iqtisadi inkişafının əsas hissəsi Azərbaycanın payına düşür. Ölkələrimizi bir-birinə bağlayan bir sıra amillər vardır. Hər iki ölkə müharibənin, ərazi bütövlüyünün pozulmasının nə olduğunu bilir. Buna görə də ölkələrimiz bu istiqamətdə bir-birilərini daha yaxşı başa düşür və beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini dəstəkləyirlər”.

Söhbət zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verildi. Bildirildi ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının işi daha da gücləndirilməlidir.

Görüş üçün təşəkkürünü bildirən Serbiya Milli Məclisinin sədri Maya Qoykoviç diqqətə çatdırdı ki, 2015-ci ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə Serbiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Minsk Qrupunun işinin canlandırılması üçün əlindən gələni edəcək. Parlamentin sədri Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını bəyan etdi.

Söhbət zamanı siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulandı. Diqqətə çatdırıldı ki, hər iki ölkədə sərmayələrin yatırılması üçün əlverişli investisiya mühiti vardır.

Nemət


Müəllif:

Oxşar xəbərlər