Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba rayon polis şöbəsində cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.