21 Noyabr 2022 12:44
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər