Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, noyabrın 23-də Sabunçu qəsəbəsindəki evlərin birindən 760 manat pul və 3 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunan Samit İsmayılzadə saxlanılıb.
Bundan başqa, Sabunçu rayonunda 2 evdən, 1 həyətyanı sahədən və 1 mağazadan 4450 manat pul, qızıl əşyaları, məişət avadanlıqları və 800 manat dəyərində tütün məmulatlarının qeyri-aşkar şəraitdə talanması ilə bağlı polisə məlumatlar daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Sahil Mahmudov saxlanılıb.