Türkiyənin Düzcə şəhərinin eyniadlı mərkəzi rayonunda 4,3 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə saat 07:57-də qeydə alınıb. Onun ocağı 9,52 km dərinlikdə olub.
Hələlik dağıntı və itkilər barədə məlumat verilmir.
Qeyd edək ki, Düzcə şəhərində 6 bal gücündə zəlzələ noyabrın 23-də olub.