30 Noyabr 2022 10:25
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə səhər saatlarında Bakı Qazax magistral yolunun rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" ilə "VAZ 2106" markalı minik avtomobiləri toqquşub. Qəza zamanı 1992-ci il təvəllüdlü Nuridə Musayeva, 1967-ci il təvəllüdlü Xəqani Əmiraslanovla 1969-cu il təvəllüdlü Aidə Musayeva, 1973-cü il təvəllüdlü Zülfiyyə Əmiraslanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com