Sumqayıt şəhərində baş verən qətlin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları tərəfindən A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
O, saxlanılaraq istintaqa təhvil verilib.
***
11.05
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə noyabrın 30-da saat 10 radələrində şəhərin Bağlar sahəsində baş verib.
1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.