8 Dekabr 2022 10:08
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə rəsmilərə qarşı zor tətbiq edən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Mingəçevir şəhər Prokurorluğundan bildirilib.

20 sentyabr 2022-ci ildə Mingəçevir şəhəri ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioloji müxtəlifliyin qorunmasına nəzarət qrupunun baş mütəxəssis yegeri vəzifəsində işləyən Bəhruz Mustafayevə və nazirliyin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində matros vəzifəsində işləyən Toğrul Rəhimliyə qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, Mingəçevir şəhər sakini Şaban Məmmədov qeyd edilən tarixdə “Kür” çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə quraşdırdırdığı balıq torlarına qayıqla nəzarət edərkən Bəhruz Mustafayev və Toğrul Rəhimli xidməti istifadələrində olan qayıqla yaxınlaşaraq ona qanunvericiliyin tələbini izah etməklə, barəsində inzibati protokol tərtib ediləcəyini nəzərinə çatdırdıqda Şaban Məmmədov qayıqda olan benzin məhlulunu götürüb nazirliyin balansında olan qayıqa töküb alışqanla yandırmış, nəticədə Bəhruz Mustafayev və Toğrul Rəhimli müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Şaban Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov