9 Dekabr 2022 11:31
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nizami rayonu ərazisində polis əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin, həmçinin 5 ədəd 100 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb.

24-cü polis şöbəsində aparılan araşdırmalarla onun dekabrın 6-da mağazaların birində satıcıya 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov