9 Dekabr 2022 15:31
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sərhədini pozaraq Gürcüstana getmək istəyən Hindistan vətəndaşı saxlanılıb.

Bu barədə Teleqraf.com-a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Dekabr ayının 09-da saat 01:45-də Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilmiş tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Respublikasından Gürcüstan Respublikası istiqamətində keçməyə cəhd edən Hindistan Respublikası vətəndaşı 1998-ci il təvəllüdlü Ponnaganti Ayyappa Reddy oğlu saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəlməsi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər