12 Dekabr 2022 11:51
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metro stansiyalarının birinin keçidində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 9-da metro stansiyalarının birinin keçidində Xaçmaz rayon sakini olan qadının içərisində pulu, qızıl boyunbağısı və bank kartı olan cüzdanının qeydi-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Tərtər rayon sakini Elməddin Şirəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov