15 Dekabr 2014 17:36
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin Veteranlar ili elan olunması məsələsinə baxılacaq

Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov MDB-yə üzv dövlətlərin elm və yaradıcı ziyalılarının IX Forumunda iştirak etmək üçün Moskvaya gedib.

Parlamentdən verilən xəbərə görə, tədbirdə “MDB humanitar məkanının inkişafı: əməkdaşlığın perspektivləri və zamanın çağırışları” mövzusunda müzakirələr aparılacaq.

Forum çərçivəsində müxtəlif bölmələr üzrə keçiriləcək yığıncaqlarda mədəni irsin qorunmasında gənclərin rolu, elm və təhsilin inkişafı, mədəniyyətlərarası dialoq və onun möhkəmləndirilməsində kütləvi informasiya vasitələrinin rolu, habelə Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünün qeyd edilməsi və 2015-ci ilin Veteranlar ili elan olunması ilə bağlı məsələlərə baxılacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər