19 Dekabr 2014 14:33
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun kollaj olunmuş fotosu "Facebook" sosial şəbəkəsindəki səhifəsindən silib.

Teleqraf.com xəbər verir ki, bu barədə AXCP üzvləri bildirib. Qeyd olunur ki, AXCP sədri Əli Kərimli məsələyə müdaxilə edərək əmisi oğlundan kollajın silinməsini xahiş edib.

Qeyd edək ki, R.Arifoğlu onun fotosunun cinsi azlıqların fotoları ilə eyni sıraya qoyulduğu kollajla bağlı Ə.Kərimliyə xəbərdarlıq edilmişdi.

AXCP sədrinin müavini Fuad Qərəmanlı isə yaranmış gərginliyin səbəbkarı Əli Kərimli olmadığını bildirib. Onun sözlərinə görə, Əli Kərimli bu prosesdə tərəf kimi heç vaxt iştirak etməyib. Bir dəfə də olsun Əli Kərimli Rauf Arifoğlu ilə bağlı hər hansı fikir bildirməyib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər