Bakıda gənc qız itkin düşüb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, hadisə fevralın 2-də paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 2008-ci il təvəllüdlü İskəndərova Sevanə Samir qızı heç kəsə bir söz demədən evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.