5 Fevral 2023 12:26
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda avtomobil velosipedçini vurub.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili yolu keçən velosipedçini, Göyçay şəhər sakini Natiq İbrahimovu vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Velosipedçinin sərxoş olduğu bildirilir.

Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.


Müəllif: Teleqraf.com