7 Fevral 2023 12:20
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Yevlax-Ağdam-Laçın magistral yolunun Yevlax rayonunun ərazisindən keçən hissəsində "VAZ" və "Xəzər" markalı avtomobillər toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qəza nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü Yevlax rayon sakini Elnur Orucov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov