9 Fevral 2023 10:54
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq edən şəxslərin həbs edilməsi üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olan məlumatlar əsasında Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yasamal rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyev həbs eidlib.

Bundan başqa, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini M.Səlimovun içərisində 340 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məsim Nağıyev tutulub.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə H.Seyidzadə küçəsində yerləşən mağazaların birində Bakı şəhər sakini olan bir qadının içərisində 500 manatı, sənəd və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər