Malatya şəhərində zəlzələ nəticəsində həlak olan azərbaycanlı tələbə Şahin Vəliyev Gəncədə Yeni Səbiskar qəbristanlığında dəfn olunub.
Teleqraf.com xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları və şəhər ictimaiyyəti iştirak edib.
***
11:24
Türkiyənin Malatya şəhərində zəlzələ sonrası həyatını itirən 21 yaşlı Şahin Vəliyevlə doğulduğu Gəncə şəhərində vida mərasimi başlayıb.
Teleqraf.com-un verdiyi məlumata görə, mərasimdə mərhumun ailə üzvləri, qohumları, şəhər sakinləri iştirak edir.
Şahin Vəliyev Yeni Səbiskar qəbristanlığında torpağa tapşırılacaq.