16 Fevral 2023 17:44
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda ata və oğulun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, fevralın 13-də Yevlax rayon sakinləri Ramil Əsədov xəsarət alması və Amin Əsədovun isə ölməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1985-ci il təvəllüdlü Afət Abdullayev və oğlu, 2004-cü il təvəllüdlü Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 29, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.

Onların barəələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər