Türkiyədə zəlzələdən daha bir nəfər dağıntılar altından çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Hatayın mərkəzi Antakya rayonunda zəlzələnin 260-cı saatında binanın dağıntıları altından 12 yaşlı yeniyetmə xilas edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.