21 Fevral 2023 11:59
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 20-də Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Şahin Qəhrəmanov müəyyən olunub.

Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər