Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xətai rayonunun Y.Səfərov küçəsində yerləşən parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Müşfiq İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Xətai rayonunun Babək prospektində yerləşən transformator məntəqəsindən 2060 manat dəyərində 2 ədəd ayırıcı və açarların oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Naib Musayev müəyyən olunaraq saxlanılıb.