Bakının Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, “Daewoo” markalı bir marşrut avtobusundan içərisində pul olan cüzdanın soyğunçuluq yolu ilə talanması barədə 24-cü polis çöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vasif Qəniyev müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.