15 Mart 2023 09:58
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax sakinlərində narkotik aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qazax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri saxlanılıb.

Ayrı-ayrılıqda keçirilən müvafiq tədbirlər nəticəsində Raqif Məmmədrzayev, Sərdar Carçıyev, Ramiz Rəhimov, Kamran Qulyev, Adil Mirzəyev, Aydın Abdullayev, və Cavid Məhərrəmov saxlanılıb.

Onların üzərinə və bir neçəsinin yaşadığı evə baxış keçirilən zaman “heroin” və “maetamfetamib” aşkar edilib.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov