19 Mart 2023 09:05
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Seyfəli kəndində yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, "VAZ-21017" markalı avtomobilin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində 1995-ci il təvəllüdlü F.Qədirova və övladları - 2012-ci il təvəllüdlü Z.Abbasova, 2014-cü il təvəllüdlü B.Abbasov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.


Müəllif: Teleqraf.com